Massaçusets Texnologiya İnstitutunun (ABŞ, MIT) tədqiqatçıları amputasiya edilmiş insanlara şüurlu şəkildə hərəkət prosesinə cəmləşmədən təbii və normal sürətlə yeriməyə imkan verən inqilabi protez hazırlayıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bionik ayaq istifadəçinin beyin fəaliyyətini deşifrə edir və onu hərəkəti idarə edən mühüm əzələlərdəki sinirlərə bağlayır.

Tədqiqat müəllifi professor Hugh Herrə görə, ilk sınaqların nəticələri  müsbətdir və gələcəkdə protez üzvlərin necə dizayn ediləcəyinə təsir göstərə bilər.

Hazırkı protezlərin hərəkət azadlığı və mexanikasında bir çox məhdudiyyətləri var. MİT alimləri ayaqlarını dizdən aşağı itirmiş insanlara yeriməyi daha təbii etməyə kömək etməyi qarşılarına vəzifə qoyublar.

Adətən, ayağın amputasiyası zamanı əzələlərin ucları içəri sıxılır, protez üçün yumşaq yastıq yaradır ki, bu da ondan maksimum rahatlıqla istifadə etməyə imkan verir. Lakin bu zaman ayağın sinir uclarını və təbii hərəkətini idarə etmək qabiliyyəti itir. Yeni texnologiyadan istifadə edərkən, ilk növbədə, amputasiya zamanı və ya daha sonra ayağın kötüyündəki həyati vacib əzələ cütlərini birləşdirən əməliyyat aparılmalıdır.

Bu əzələlərdəki xüsusi sensorlar daha sonra robot nəzarətçiyə siqnallar göndərir ki, bu da ağıllı protezə ayaq biləyini nə qədər əymək və yeriyərkən nə qədər güc tətbiq etmək lazım olduğunu hesablamağa imkan verir. Əzələ sinirlərindən gələn məlumatlar əvvəlcə protezə, sonra isə canlı üzvün işini xatırladan xəstəyə geri ötürülür.

Gülayə Mecid