SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Roman Tolstoşeyev "Generation Connect Young Leadership Program" çərçivəsində Azərbaycanı təmsil edib.

"Unikal" xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə “Kibertəhlükəsizlik və blokçeyn” layihəsi ilə 5000 ABŞ dolları qrant qazanıb.

Müsabiqəyə Kanada, Böyük Britaniya, Çin, Qazaxıstan kimi dünyanın bir çox ölkələrindən 5329 müraciət daxil olub. Onlar arasından tələbəmiz Roman da daxil olmaqla, sadəcə 30 nəfər seçilib. 

Proqram Beynəlxalq Telekommunikasiya İttifaqı və “Huawei” şirkətinin təşkilatçılığı ilə baş tutub.