Sumqayıtda 1-ci mikrorayonda yerləşən mənzillərdən birində faciə yaşanıb. Evdə tək olan 12 yaşlı uşağın üzərinə qapının şüşəsi düşüb, uşaq qanaxmadan ölüb.

Sumqayıt Şəhər Polis İdarəsindən "Unikal"a bildirilib ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.