Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” və 29-cu "Tərəflərin Konfransı (COP29)" çərçivəsində “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” münaibəti ilə ümummrayon iməciliyi keçirilib.
"Unikal" xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, yerli sakinlər könüllü olaraq iştirak ediblər.
İməcilik çərçivəsində əsasən Gəncə və Quşqara çaylarının ətrafı polietilen paketdən və plastik tullantılardan, qurumuş ağac və gül kollarından təmizlənərək, yeni ağac və gül kolları əkilib.