Türkiyənin “Tuzlaspor” klubundan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.
"Unikal" xəbər verir ki, mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti 1 ildir. O, Premyer Liqanın 2024-2025-ci illər mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq.
Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub.