Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında bir qızıl və gümüş medal qazanıb.

"Unikal" xəbər verir ki, güləşçimiz Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Rəqibinə 6:8 hesabıyla məğlub olan V.Bağırov gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabıyla məğlub olub.

Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan X.Karsanov Avropa çempionu olub.