Üz-çənə sahəsində tanınmış 3 həkim pasiyenti düzgün müalicə etmədiklərinə görə məhkəməyə veriliblər.

“Unikal”ın əldə etdiyi məlumata görə, Ağabalayeva Elmira Tofiq qızı və anası Ağabalayeva Mahirə Məmmədrahim qızı 3 tanınmış həkim- Xankişiyev Sənan Tofiq oğlu, Rzayev Şamil Ehtibar oğlu və Həsənov Fərman İbrahim oğlu barəsində Nərimanov rayon Məhkəməsinə şikayət ediblər. Məhkəmə prosesinə hakim Nərgiz Tağıyeva sədrlik edəcək. 
Qeyd edək ki, mülki işdə cavabdeh qismində yuxarıda adı sadalanan həkimlər, “Araş Estetik” MMC, “Dental Arts Studio” MMC, “Real Hospital” MMC və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası tanınıb. İddiaçı Elmira Ağabalayeva həkimlər və klinikalardan tələb kimi ona dəymiş ziyanı ödəməyi qoyub.  
Xatırladaq ki, adları sadalanan həkimlər pasiyent cəlb etmək üçün TV-lərdə daim özlərini reklam edirlər. Şamil Rzayev hətta 2020-ci ildə keçirilən parlament seçkilərində millət vəkilliyinə namizəd də olub. Sənan Xankişiyev barəsində isə birinci pasiyent şikayəti deyil. Belə ki, 2017-ci ildə Südabə Məlikova adlı vətəndaş sağlamlığında yaranmış fəsadla bağlı Sənan Xankişiyevdən məhkəməyə şikayət də etmişdi.

Seymur Əli