Çay və qəhvə kimi çox isti içkilərin müntəzəm istehlakı həzm borusunun yuxarı hissələrində - ağız, farenks və yemək borusunda xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

"Unikal" xəbər verir ki, bu barədə rusiyalı onkoloq Sabir Tacibov yerli KİV-ə açıqlamasında deyib. 

"Qida borusu ilk təsirlənən ola bilər. Temperaturu 60 dərəcədən yuxarı olan içkilərin içilməsi özofagus xərçənginə tutulma riskini 2-3 dəfə artırır. Bununla yanaşı, siqaret çəkmək və ya spirtli içki qəbul etmək kimi digər mənfi amillər varsa, o zaman risk daha da artır", - həkim bildirib.

Həkimin sözlərinə görə, yüksək temperaturda həzm orqanlarının yuxarı hissələrində epitel təbəqəsi zədələnir. Belə xroniki zədələnmə epiteldə patoloji dəyişikliklərə gətirib çıxarır, atipik hüceyrələrin inkişafı üçün fon yaradır.

"Qeyd etmək lazımdır ki, cənub bölgələrində və Asiya ölkələrində yaşayan əhali isti içkiləri çox sevir. Müvafiq olaraq, onların arasında qida borusu xərçəngi də yüksəkdir", - deyə həkim yekunlaşdırıb. 

Gülayə Mecid