Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.
Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.
Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.
Qida Təhlükəsizliyi Agentliyi də (AQTA) məsələyə münasibət bildirib:
“Məsələ tərəfimizdən nəzarətə götürülüb. Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.