Bərdədə tövlə yanıb, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qurdlar kəndində ümumi sahəsi 387 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 18 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.