Mərakeşli süni intellekt modeli Kenza Leyli “Miss Süni İntellekt” müsabiqəsinin qalibi olub.

"Unikal" xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib.

İştirakçılar gözəlliklərinə, texnologiyalarına və təsirlərinə görə qiymətləndirilib.

Müsabiqənin əsas şərti isə bütün iştirakçıların tam olaraq neyron şəbəkə tərəfindən yaradılması olub.

Leylinin instaqramda 190 min izləyicisi var. O, abunəçilərlə yeddi dildə danışır, həmçinin bütün dünyada qadın hüquqlarının təbliği ilə məşğul olur və ətraf mühit proqramı üzərində işləyir.