Goranboyda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininə məxsus "VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş N. Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.