ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Aİ-nin mülki missiyası ilə birlikdə Azərbaycanla sərhəddə vəziyyəti müşahidə edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin sosial şəbəkə hesabında qeyd olunub.
"Səfir Kuinn Aİ-nin mülki missiyası ilə sərhəddəki vəziyyəti nəzərdən keçirdi. Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır", - deyə məlumatda bildirilir.
Ağarza Elçinoğlu