İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib. 

Araşdırma aparılır.