Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Malta ilə üz-üzə gəlib. Albaniyada baş tutan görüş komandamızın 56:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Daha əvvəl Albaniyaya məğlub olub, Moldovaya qalib gələn Tahir Baxşıyevin yetirmələri yekunda 1/2 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi də qrupu məğlubiyyətsiz başa vuraraq yarımfinala yüksəlib.