Amerikalı aktrisa Şelli Duval 75 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.

Duval Texas ştatının Blanko şəhərindəki evində şəkər xəstəliyindən yaranan ağırlaşmalardan yuxusunda ölüb.

Duval daha çox "Nashville" (1975), "3 Women" (1977), "Ennie Hall" (1977), "The Shining" (1980), "Popeye" (1980) və T"ime Bandits" (1981), "Portrait of a Lady" (1996) filmlərindəki rolları ilə tanınıb . Duval BAFTA (1978) və Emmi (1988, 1992) mükafatlarına namizəd olub və o, həmçinin Kann Film Festivalında (1977) "Ən Yaxşı aktrisa" mükafatını qazanıb.