ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra ABŞ Müdafiə Departamenti Ukraynanın vacib təhlükəsizlik və müdafiə ehtiyaclarını qarşılamaq üçün əlavə təhlükəsizlik yardımı paketini elan edib.
"Unikal" xəbər verir ki, Pentaqonun budəfəki avadanlıq təminatı 2021-ci ilin avqustundan indiyədək sayca 61-cidir.
225 milyon dollarlıq paketə hava hücumundan müdafiə sistemləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları və tank əleyhinə silahlar daxildir.