Tovuzda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal" xəbər verir ki, hadisə Tovuz şəhərinin girişində yerləşən Olimpiya Kompleksinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik maşını yoldan çıxaraq  ağaca, daha sonra isə beton maneyə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət  alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 53 yaşlı Etibar Mehdiyev və 24 yaşlı yaşlı Sərdar Mehdizadədir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov