Macarıstanın baş naziri Viktor Orban ABŞ-nin keçmiş prezidenti Donald Trampla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi X sosial şəbəkəsində açıqlayıb.
Tərəflər Ukrayna münaqişəsinin həllini müzakirə edib: "Bu gün Mar-a-Laqoda Donald Trampı ziyarət etmək şərəf idi. Biz sülhə nail olmağın yollarını müzakirə etdik".
Macarıstanın baş naziri əlavə edib ki, Tramp yenidən seçilərsə, bu problem həll olunacaq.
Orban keçmiş Amerika lideri ilə görüşünü “sülh missiyası” adlandırıb.
Ağarza Elçinoğlu