Laçın dəhlizini nə ruslar bağladı, nə də azərbaycanlılar, Laçın dəhlizini Nikol Paşinyan bağladı.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Təhlükəsizlik Şurasının katibinin Rusiyanın Qarabağı Azərbaycana verdiyini bildirməsi ilə bağlı müşahidəyə gəlincə, Baqratyan bildirib: "Yalan deyir, Qarabağın Azərbaycan olduğunu kim bəyan edib? Rusiya Qarabağa qoşun yeritdi ki, gələcəkdə orada başqa status olsun, ruslar Qarabağı verirdilərsə niyə gəliblər?.. Nikol Paşinyan noyabrın 8-də Putinin yanına qaçdı, dedi: 20 minlik ordu əsir götürülür, artıq mühasirəyə alınıb. Ruslar xilas etdi, Azərbaycanı dəhlizdən çıxmağa məcbur etdilər. Ermənilərdə bu elementar düşüncə yoxdursa, beyni olan bir neçə min insan belə var, qalanları burada yaşamağa layiq deyil".
Ağarza Elçinoğlu