Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

"Unikal" xəbər verir ki, paraatletika üzrə Azərbaycan millisinin üzvü Rüfət Rəfiyev Oyunlarda iştirak edəcək.

Paraatletimizin yüksək idman nəticələri nəzərə alınaraq, Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib. R.Rəfiyev nüvə itələmə növündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.