SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Bacı-qardaş günü” (Siblings Day) keçirilib.

"Unikal" xəbər verir ki, həm maarifləndirici, həm də əyləndirici xarakter daşıyan tədbir İngilis Dili və Humanitar Fənlər Mərkəzinin heyəti tərəfindən təşkil olunub.

Burada tələbələrin məktəbli bacı-qardaşları da iştirak edib. Hazırlanmış stendlər qonaqların böyük marağına səbəb olub. Öz dünya görüşlərini artırmaqla yanaşı, müxtəlif əyləncəli oyunlar oynayıb hədiyyə qazanıblar.