"Bizim acı təcrübələrimiz var və bütün bunlardan müvafiq nəticələr çıxarmışıq". 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Müdafiə Nazirliyinin Armavir şəhərində yerləşən hərbi hissələrindən birində əsgərlərlə görüşü zamanı deyib. 

O, silahlanmağın çox önəmli olduğunu bildirib: "İndi orduda böyük islahatlar aparırıq. Siz də bu islahatların icraçılarısınız. Biz sürətlə islahatlar aparmalıyıq, çünki bugünkü müasir ordu tamamilə fərqli məzmuna malikdir və biz buna hazır olmalıyıq".

Ağarza Elçinoğlu