Nigeriyanın mərkəzində məktəb binasının uçması nəticəsində azı 16 nəfər ölüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, fövqəladə hadisə Nigeriyanın Plato əyalətində yerləşən Müqəddəs Akademiya məktəbində baş verib.

Məlumata görə, çoxlu müəllim və tələbə hələ də dağıntılar altındadır.