BMT-nin yeni proqnozuna görə, dünya əhalisi 2080-ci illərin ortalarında 10,3 milyarda çatacaq və sonra azalmağa başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin məlumatında deyilir.
Əhalinin əsrin sonuna qədər təxminən 10,2 milyarda düşəcəyi gözlənilir ki, bu da on il əvvəl gözləniləndən 6% azdır.
BMT Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Li Junhua "Bəzi ölkələrdə doğuş səviyyəsi indi gözləniləndən də aşağıdır və biz, həmçinin, yüksək artıma malik bəzi bölgələrdə daha sürətli azalmaların şahidi oluruq".
Qeyd edək ki, 2024-cü ilə olan məlumata görə, Yer kürəsində ümumilikdə 8,2 milyard insan yaşayır.