Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən NATO sammitindən sonra Üçüncü dünya müharibəsi riskinin olmadığını deyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Türkiyə lideri Üçüncü dünya müharibəsi ilə bağlı sualına cavabında deyib:
“Düzünü desəm, mən bu riski görmürəm və görmək də istəmirəm. Əvvəllər dünyanı müharibəyə sürükləyən səbəbləri və görülməyən tədbirləri xatırlasaq, bu gün bu səhvlərə yol verməmək üçün diqqətli olmalıyıq”.
Onun sözlərinə görə, bütün ölkələr səylərini müharibəyə deyil, sülhün əldə olunmasına yönəltməlidir.