Göyçayda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatlna görə, rayonun Mırtı kəndində 17 yaşlı N.N şəxsi münasibətlər zəminində aralarından yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı H.H-ya  xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb, xəsarətlə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Faktla bağlı rayon polis şöbəsinə araşdırmalar davam etdirilir.

Murad İbrahimli