İspaniya millisinin sabiq qapıçısı Pepe Reyna karyerasını yenidən İtaliyada davam etdirəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı qolkiper yeni mövsümdən A Seriyasında mübarizə aparacaq "Komo" komandasına keçəcək.
Son olaraq ölkəsində "Vilyarreal" forması geyinən təcrübəli qolkiper azad agent kimi "Komo"ya transfer olacaq. Onunla bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Pepe Reyna karyerası ərzində daha əvvəl İtaliyada "Napoli", "Milan" və "Latsio" komandalarında çıxış edib.