Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu vəzifədə Avropa Parlamenti tərəfindən təsdiqini gözləmədən AK kollegiyasının Macarıstana səfərini ləğv edib və Aİ Şurasının Macarıstan yanında qeyri-rəsmi iclaslarında təmsilçiliyin səviyyəsini aşağı salıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer məlumat verib.
“Macarıstanın Aİ Şurasına sədrliyinin başlanması ilə bağlı son hadisələr fonunda, Avropa Komissiyasının sədri AK-nin yüksək səviyyədə (baş direktorluq rəhbərləri səviyyəsində) yalnız qeyri-rəsmi iclaslarda təmsil olunmasına qərar verib", - deyə o "X" səhifəsində yazıb.
Xatırladaq ki, bundan əvvəl Finlandiya və İsveç Aİ Şurasına sədrlik edən ölkə kimi Macarıstanda keçirilən nazirlərin görüşlərini boykot etmək niyyətlərini bəyan etmişdilər.