Terrorçuların ölkənin şimal-qərbindəki hərbi bazaya hücumu nəticəsində Pakistan ordusunun 8 əsgəri həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum iyulun 15-də Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətinin Bannu bölgəsində baş verib. Ölümcül terrorçu minalanmış avtomobili hərbi bazanın divarına çırpıb. Divar dağıldıqdan sonra digər silahlılar hərbi bazaya soxulub. Hücumda 10 silahlı iştirak edib, onların hamısı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Avtomobilin partlaması nəticəsində yaxınlıqdakı yaşayış evləri silkələnib.
Hücuma görə məsuliyyəti Hafiz Gül Bahadur qruplaşması öz üzərinə götürüb. Pakistan ordusunun məlumatına görə, bu, qonşu Əfqanıstanda Pakistan daxilində terror fəaliyyətləri həyata keçirmək üçün fəaliyyət göstərir.
Ağarza Elçinoğlu