ABŞ-nin keçmiş prezidenti Donald Trampın mühafizə xidmətindən qadınlar uzaqlaşdırılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Pensilvaniyadakı sui-qəsd cəhdindən sonra Tramp təhlükəsizlik xidmətinin tərkibini dəyişib.
Belə bir radikal qərara isə atışma zamanı qadın mühafizəçilərin Trampı qorumaq əvəzinə gizlənmələri səbəb olub.
Belə ki, sui-qəsddən sonra baş verən Respublikaçıların Milli Qurultayında lentə alınan videoda Trampın onlarla hündür, güclü kişi ilə əhatəyə aldığını görmək olar.