Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın keçmiş prezidenti Donald Trampın köməkçisi Riçard Qrenelin Ukraynada muxtar zonaların yaradılması təklifinə cavab verib.
"Unikal" xəbər verir ki, Zaxarova "Telegram" kanalında yazıb:
“Məhz buna həsr olunmuş Minsk razılaşmaları beynəlxalq ictimaiyyətin masasında olanda, Rusiya isə onları dəstəkləmək üçün əlindən gələni edəndə və Ukraynanın bütövlüyünü qorumaq üçün onun federallaşdırılması formasını tapmağa çağıranda sən harada idin, Rik?”.
Zaxarova, həmçinin, xatırladıb ki, əvvəllər Qrenell ABŞ-ın Almaniyadakı səfiri kimi almanları Rusiya Federasiyası və Almaniyanın daxili işlərinə qarışaraq, “Şimal axını” qaz kəmərinin tikintisindən imtina etməyə çağırıb.
"İndi almanlar qazsız və iqtisadiyyatsız, ukraynalılar isə ölkəsiz və sabit gələcəksizdir", - XİN nümayəndəsi sözlərini yekunlaşdırıb.