"Crocus City Hall" konsert zalında törədilən terror aktının həbs edilən iştirakçısı Dalerjon Mirzoyev din üstündə Lefortovo istintaq təcridxanasının əməkdaşı ilə dava edib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, terrorçu müsəlman əməliyyatçı ilə söhbətində İslam dini haqqında kobud danışıb.
Onların arasında dava düşüb və sonda mübahisə əlbəyaxa davaya çevrilib.
Hadisədən sonra istintaq təcridxanasının rəhbərliyi işçilərə müttəhimlərlə ünsiyyəti minimuma endirməyi tapşırıb.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur.