İranın ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində ittihamları rədd edib.
"Unikal" “IRNA“ agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi bildirib.
İslam Respublikasının qurumdakı daimi nümayəndəliyi ittihamların əsassız və qərəzli olduğunu qeyd edib.
XXX
00:35
ABŞ hakimiyyəti son həftələrdə İranın Donald Trampa sui-qəsd planı barədə məlumat alıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, bu, Məxfi Xidmətin son həftələrdə keçmiş prezidentin təhlükəsizliyini gücləndirməsinə səbəb olub.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrian Vatson deyib ki, hazırda atəş açan Tomas Metyu Kruks ilə başqası arasında məlum əlaqə yoxdur.