Ukrayna ordusu F-16 təyyarələrini öz suveren əraziləri daxilində, xüsusən də müvəqqəti işğal olunmuş ərazilərdəki işğalçı hədəflərə hücumlar üçün idarə edə biləcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder deyib.
Onun sözlərinə görə, F-16-nın yüksək texnologiyalı sistemi təkcə onu idarə etmək üçün deyil, həm də onu saxlamaq və dəstəkləmək üçün xüsusi təlim tələb edir: "Ramşteyn formatı çərçivəsində Ukrayna Hərbi Hava Qüvvələrini gücləndirmək üçün koalisiya Danimarka və Hollandiya, eləcə də ABŞ ilə birlikdə təkcə ukraynalı pilotların deyil, həm də ukraynalı texniklərin hazırlanmasını təmin etmək üçün çox ciddi işləyir".
Rayder vurğulayıb ki, bu təyyarələrdən Ukraynanın suveren ərazisində necə istifadə olunacağına qərar verən Ukrayna olacaq: "Və biz ukraynalıların ehtiyaclarını başa düşmək və suveren Ukrayna ərazisini müdafiə etmək üçün lazım olan dəstəyi inkişaf etdirmək üçün addım-addım işləmişik. Biz bu yaxınlarda cavab atəşi və müdafiə zərbələri üçün sərhəddən ABŞ hərbi sursatlarının istifadəsinə icazə verdik".
Ağarza Elçinoğlu