Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Xani arasında görüş baş tutub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, diplomatlar Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının daha ədalətli, demokratik və sabit dünya nizamının yaradılması maraqları naminə çoxtərəfli əməkdaşlığa dair açıq debatları çərçivəsində görüşüblər.
Fələstin-İsrail münaqişəsi ətrafında vəziyyət müzakirə edilib, regionda gərginliyin daha da artmasının qarşısının alınması və mövcud ziddiyyətlərin siyasi və diplomatik üsullarla həllinin vacibliyi vurğulanıb.
Xarici işlər nazirləri ikitərəfli gündəlikdəki bir sıra cari məsələlərə də toxunublar. Moskva və Tehranın Rusiya-İran dostluq münasibətlərinin bütün spektrini daha da gücləndirmək, hərtərəfli strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmək niyyəti təsdiqlənib.
Ağarza Elçinoğlu