"Daha əvvəl də olduğu kimi yenə səhiyyə işçilərindən kifayət qədər insan var."
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin IV çağırış deputatı Rəşad Mahmudov deyib.
"Düşünürəm ki, cəmiyyətin bütün kateqoriyalı insanlarının mütləq şəkildə iştirakının təmin edildiyi çox ədalətli bir seçim ortada var. Əlbəttə ki, bu, YAP-ın 125 seçki məntəqəsindən verəcəyi namizədlərdir.
Ölkəmizdə digər partiyaların da üzvləri arasında və bitərəflər arasında çox qızğın bir yarış gedəcək. Bu yarışda hər birimiz əvvəlki illərdən fərqli olaraq qürur yaşayan bir dövlətin vətəndaşı olaraq mübarizə aparacayıq.
Bəlli bir təcrübəsi olan, YAP-ın tarixində ciddi bir şəkildə fəaliyyət göstərmiş, uzun illər Milli Məclisdə deputat olmuş insanların yenidən namizədliyini verməsi də çox doğru bir qərardır", - deyə o bildirib.
Zərifə Nağıyeva