Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi səfir Polad Bülbüloğlunun sosial şəbəkələrdə səhhəti haqqında yayılmış video-müraciəti ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, səfirliyin məlumatında qeyd olunur ki, Polad Bülbüloğlunun adından özünü pis hiss etməsi ilə bağlı "Facebook" sosial şəbəkəsində yayılan videomüraciət saxtadır.
“Feysbuk sosial şəbəkəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- səfirlikdən bildirilib.