Fransanın Nitsa şəhərində baş verən yanğında 7 nəfər həyatını itirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yanğın gecə saatlarında yaşayış binasının yeddinci mərtəbəsində başlayıb. Yanğınsöndürənlər hadisəyə vaxtında müdaxilə etsələr də, alovu səhərə yaxın ram etmək mümkün olub.

Binanın sakinləri təxliyə ediliblər.