Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" Moldova "Şerif"i ilə bu dəfə Bakıda qarşılaşacaq. "Dalğa Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Sözügedən komandalar arasındakı ilk görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Zirə" 2 oyunun yekununda "Şerif"i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç)  – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

20:00. "Zirə" (Azərbaycan) - "Şerif" (Moldova)

Hakimlər: Bulat Sarıyev, Denis Lobaşov, Yuri Tixonyuk, Aidın Tossibayev (Qazaxıstan) 

"Dalğa Arena"