ABŞ məhkəməsi tərəfindən korrupsiyada və digər ölkələrin maraqları üçün lobbiçilikdə təqsirli bilinən senator Robert Menendes istefa vermək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Fox News telekanalı siyasətçiyə yaxın mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, istefa uzun illər orada yüksək vəzifələrdə çalışan Menendezin az qala 30 illik Konqresdəki karyerasının başa çatmasına gətirib çıxaracaq.
İyulun 16-da bildirildi ki, ABŞ münsiflər heyəti demokrat senator Robert Menendesi korrupsiya, Misir və Qətərin maraqları üçün xarici agent və lobbiçilik kimi 16 maddənin hamısında təqsirli bilib. Arvadı erməni olan senator günahını etiraf etmir.
Bundan əlavə, siyasətçi ədalət mühakiməsinə mane olmaqda, hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinib. Menendesi 20 ilə qədər həbs gözləyir.
Ağarza Elçinoğlu