İyulun 13-16-da ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
O, Ermənistan-Amerika əməkdaşlığı, Amerika vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqları və Ermənistanda demokratik islahatlar barədə danışıb.
Zeya Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləməsi barədə məlumatı təsdiqləyib: "Xəbəri təsdiqləyirəm. Bu xoş hadisədir, təfərrüatları səfirimizdən və media komandamızdan yoxlaya bilərsiniz. Biz ABŞ və Ermənistan arasında müdafiə-mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasının tarixi faktına işarə edir".
Ağarza Elçinoğlu