Polşa Belarusla sərhəddə hərbi qulluqçularının sayını təxminən 3 dəfə artıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Respublikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 1-dən yeni missiya başlayacaq. İki əməliyyat başlayacaq - biri təlim, digəri isə sərhəd mühafizəsi üçün 17 minə qədər hərbçinin iştirak edəcəyi "Təhlükəsiz Podlasie" əməliyyatı olacaq", - məlumatda deyilir.
Məlumata görə, hazırda Belarusla sərhəddə altı minə yaxın əsgər var.
Sərhəd əməliyyatına 18-ci Mexanikləşdirilmiş Diviziyanın cavabdeh olacağı bildirilir.
Ağarza Elçinoğlu