ABŞ prezidenti Co Bayden "Tesla", "SpaceX" və "X" şirkətlərinin sahibi İlon Mask və onun zəngin dostlarının prezident seçkilərini "almağa çalışmasından" bezdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, Covid-19 testinin müsbət çıxmasının ardından özünün "X" hesabında açıqlama verib.
Covid-19 səbəbiylə xəstə olduğunu xatırladan Bayden, "İlon Mask və onun zəngin dostlarının bu seçkini almağa çalışmasından bezdim", - deyə qeyd edib.
O, bu məsələdə onunla həmfikir olanlardan onun kampaniyasına ianə etmələrini istəyib.
Qeyd edək ki, Mask iyulun 13-də "X" hesabında etdiyi paylaşımda Donald Trampı tam dəstəklədiyini bildirmişdi.
Eyni zamanda, ölkənin yerli mətbuatında yer alan xəbərə gorə İlon Mask Trampın prezidentlik kampaniyasını dəstəkləyən "America PAC" adlı yeni siyasi fəaliyyət komitəsinə ayda təxminən 45 milyon dollar verməyi planlaşdırdığı iddia edilir.
Zərifə Nağıyeva