ABŞ-nin Nyu-York ştatında tornado baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Nyu-York qubernatoru Keti Hochul mətbuat konfransında açıqlama verib.
Bildirib ki, tornadonun təsirindən ağaclar və elektrik xətləri aşıb, 1 nəfər həyatını itirib, evlərə və iş yerlərinə ciddi ziyan dəyib.
Fırtına səbəbilə ştatda fövqəladə vəziyyət elan edilib.
Zərifə Nağıyeva