Yunanıstan 32 ədəd köhnə F-16 Block-30 qırıcısını Ukraynaya təhvil vermək niyyətindədir. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, Yunanıstan Hərbi Hava Qüvvələri 82 ədəd F-16 qırıcısını Block-70-ə təkmilləşdirməyi və Fransadan 24 ədəd dördüncü nəsil Rafale qırıcısı almağı planlaşdırır.

ABŞ Konqresinin komitəsi həmçinin Yunanıstana 40-a qədər beşinci nəsil F-35 çoxməqsədli döyüş təyyarəsi almağa icazə verib. 

Ağarza Elçinoğlu