Rusiyanın FSB əməkdaşları Ulyanovsk vilayəti Müsəlmanlarının Mərkəzi Ruhani İdarəsi mərkəzləşdirilmiş dini təşkilatının imam-xətibini saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, həmin şəxs hələ 2016-cı ildə Rusiyada fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatının üzvlərinin nəzarətində olan bank kartına pul köçürüb. Belə ki, o, Suriyada cinayət fəaliyyətini maliyyələşdirib.
İmamın yaşadığı ünvanda aparılan axtarış zamanı şəxsi qeydləri olan dəftərlər, bank kartları və qadağan olunmuş dini ədəbiyyat götürülüb. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci (“Terrorçuluğun maliyyələşdirilməsi formasında terror fəaliyyətinin təşviqi”) maddəsi ilə cinayət işi başlanıb.
Ağarza Elçinoğlu