İtaliyada 3,6 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 2,4 kilometr dərinlikdə yerləşib. Daha sonra müxtəlif maqnitudal ardıcıl yeraltı təkanlar olub.
Zəlzələ Neapolun müxtəlif bölgələrində, xüsusən də binaların yuxarı mərtəbələrində aydın hiss edilib, əhali arasında təşviş yaradıb. İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı baş verməyib.