Ermənistan tərəfi Böyük Britaniyada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in məlumatına görə, Ermənistan tərəfinin təklifi hələ də qüvvədədir: "Erməni tərəfi danışıqların ən yüksək səviyyədə intensivləşdirilməsi və bir ay ərzində sülh sazişinin imzalanmasına nail olmaq təklifini təsdiqləyir".
Ağarza Elçinoğlu