Yaponiyanın Honşu adasında 6,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin ocağı 101,6 kilometr dərinlikdə yerləşib.
Episentrinin ilkin olaraq 33,55 dərəcə şimal eni və 140,44 dərəcə şərq uzunluğu olduğu müəyyən edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.